Bu məşhurun anası həbs olundu - Foto

10-02-2020, 21:48           
Bu məşhurun anası həbs olundu - Foto
İstanbulda polis bəzi həkimlərin pasiyentlərdən rüşvət tələb etməsi ilə bağlı əməliyyat keçirib.
"Yeni Sabah" Türkiyə mətbuatına istinadən xəbər verir ki, Çapa Tibb fakültəsində polisin apardığı araşdırma nəticəsində professor Məzhər Alp Bozbura adlı həkimin pasiyentlərin birindən əməliyyatınının vaxtını önə çəkmək üçün rüşvət aldığı məlum olub. Həkim xəstənin yaxınlarına İstanbuldakı Qapalı Çarşı ticarət mərkəzindən brilliant aldırıb.

Polisin keçirdiyi əməliyyat nəticəsində Məzhər Alp Bozbura, Didəm Bozbura və başqa bir nəfər həkim saxlanılıb. Saxlanılanların ifadəsi alındıqdan sonra həbs ediliblər.

Həbs olunan Didəm Bozburanın Türkiyənin ən məşhur aşpazlarından olan, sosial şəbəkə fenomeni “Czn Burak” adı ilə tanınan Burak Özdəmirin anası olduğu bildirilir. Bişirdiyi yeməkləri fərqli üsullarla təqdim edən Burak Özdəmir sosial şəbəkələrdə həddən artıq məşhur şəxslərdən biridir.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.