Sultan Səlahəddin Eyyubi - Azərbaycanın Çuxur Sədd bölgəsindən olan Gok Börü....

11-02-2020, 03:04           
Sultan Səlahəddin Eyyubi - Azərbaycanın Çuxur Sədd bölgəsindən olan Gok Börü....
Əbülfəz Elçibəy: Bir gün Qahirə Universiteti Tarix fakültəsinin bir tələbəsi ilə tanış olduğumda:

Tələbə: Hansı ölkədənsiniz?

Elçibəy: Azərbaycandan

Tələbə: Siz Səlahəddin Əyyubinin vətənindənsiniz!Mən Səlahəddin Əyyubi haqqında az oxumamışdım. Ancaq bu sözü yeni eşitmişdim və bir o qədər də çaşdım.

Elçibəy: Haradan bilirsiniz?

Tələbə: Səhər mən sizə mənbəni gətirərəm.
Gətirdi də. Eni (indi qəti deyə bilmirəm) 25-30 sm, boyu 40-50 sm olan ayrıca bir əsər idi. Rəngli şəkillərlə görkəmli şəxslər ardıcıllığından ensiklopedik yayındı, üzərində Selahaddinin cəngavər geyimində rəsmi var idi.
-Avropada Saladin adı ilə tanınan, yalnız Qüdsdə deyil, bütün Fələstin və Suriyada Xaçlıları darmadağın edib bu yerləri onlardan təmizləyən, Almaniya İmperatorunun, İngiltərə və Fransa krallarının liderliyi altında başlayan üçüncü səlib yürüşünə (1189-92) qarşı birləşmiş müsəlman ordularının başında dayanaraq Xaçlıların baş komandiri, bütün Avropanın qürur duyduğu İngiltərə Kralı aslan ürəkli Riçardı (1157-1199) Akka Qalasında diz çöktürərək əsir alan, bütün Avrupan’ın «qəzəbinə gəlmiş» və hətta Aligyeri Dantenin «İlahi komediya» əsərində cəhənnəmdə təsvir edilən, Misirdə Əyyubilərin sülaləsinin hakimiyyət əsasını 1177-ci ildə qoyan məğlub olmaz Komandir və Sultan Səlahəddin (1138-1193)! Tarixçi şagirdin mənə verdiyi əsərdə mənim üçün yeni olan bu idi ki, Sultan SƏLAHADDİNDƏN soruşmuşlar:
-Deyirlər ki; Siz kürdsünüz. Bu, doğrudurmu?Sultan:
-Xeyr! Biz Azerbaycandanıq. Əmim Şirkuh deyirdi ki, biz Ez-zib tayfasındanıq.
Birbaşa-doğruya, o zaman bunu oxuduqda məni çox həyəcana getirmişdi. Bir şeyə hayıfıslanırdım ki, tarix qaynağı gösterilməmişdi. Sonralar Bakıda Aspiranturada oxuyarkən və Universitetdə dərs verərkən də Səlahəddin haqqında araşdırmalarımın davam etdirdim və axtardığımı tapdım; araşdırmaçıların ən doğru saydığı resursların birində — tanınmış görkəmli alim İbn Hellikan’ın «görkəmli adamların ölüm tarixi» (vefayat əl-ayan) əsərində.
İbn Hellikan yazır:
«Şirkuh demişdir ki, bizim nesebimiz (soykökümüz) Göy Böri (boz qurd / göy qurd)-dir!».Səlahəddinin atası Eyyub Azərbaycanda Urmiya, Xoy, Zəngəzur və İrəvan boylarında, Kərkük boylarında, Naxçıvanda, Göyçe’de geniş bir şəkildə yayılmış Göy boru, Qara boru, Boz boru tayfalarından, bir sözlə, Qurdlar tayfasından çıxmışdır. Hal-hazırda da bu adları daşıyan yer, məhəllə, kənd, oba, dağ, tayfa və nəsillərə bu bölgələrdə tez-tez rast gəlinir. Bu məsələnin — orta əsrlərdə qurd sözü ilə kürd sözünün ərəb elifbası ile yazılışından uygunluğundan doğan qarışıqlığın başqa bir bənzəri Azərbaycan şairi Nizami Gəncəvi ilə bağlı olmuşdur. Bu mövzuda Azərbaycan ədəbiyyat alimləri təkrar təkrar yazmışlar. Onların dediyini burada qeyd etməyi lazımlı sayıram. Belə ki, Nizami əsərlərinin birində «menim qurd tinetli anam» yazmış, tədqiqatçılar bunu «mənim kürd əsilli anam» olaraq oxuyub, səhv təqdim etmişlər (orta çağda qurd sözü ilə kürd eyni şəkildə yazılardı).
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.