Türkiyənin Bakıdakı oyunlarına satılan bilet sayı açıqlandı

11-02-2020, 01:24           
Türkiyənin Bakıdakı oyunlarına satılan bilet sayı açıqlandı
Bakıda keçiriləcək Avro-2020-nin oyunlarına satılan bilet sayı açıqlanıb.

Qol.az xəbər verir ki, bu gün Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə əlaqədar Şamaxıda keçirilən təqdimat mərasimində bildirilib ki, qiyməti 125, 75 və 30 avro olmaqla, 3 kateqoriyalı biletləri internet vasitəsilə əldə etmək mümkündür. İndiyədək Bakıdakı qarşılaşmalata 118 min 840 bilet satılıb. Onlardan 19 min 59-u Uels - İsveçrə, 32 mini Türkiyə - Uels, 30 min 147-si İsveçrə - Türkiyə, 37 min 634-ü isə 1/4 final oyununadır. Biletlərdən hərəyə 8 000-i iştirakçı komandalar, qalanları isə ictimaiyyət üçün nəzərdə tutulur.

Xatırladaq ki, Avro-2020 zamanı Bakı Olimpiya Stadionunda 4 oyun keçiriləcək. İyunun 13-də A qrupunun Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də İsveçrə - Türkiyə matçları, eyni zamanda 1/4 final mərhələsinin 1 oyunu keçiriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru