“Palmali” şirkətlər qrupunun prezidenti Mübariz Mənsimov Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edib.
Pravda.az-ın xəbərinə görə, bu barədə M.Mənsimov özü məlumat yayıb.
Xatırlatma: Türkiyədə fəaliyyət göstərən azərbaycanlı biznesmen, “Palmali Holding”in sahibi Mübariz Mənsimovun barəsində cinayət işi qaldırılıb. Onun Türkiyəni tərk etməsinə qadağa qoyulub. İş adamı ittihamların əsassız olduğunu bildirir.