Ceyms Cefri Ankaraya gəldi:"Türkiyə əsgərləri Rusiya və Əsədin təhdidləri ilə üz-üzədir, hər cür dəstək vermək istəyirik"

12-02-2020, 00:00           
Ceyms Cefri Ankaraya gəldi:"Türkiyə əsgərləri Rusiya və Əsədin təhdidləri ilə üz-üzədir, hər cür dəstək vermək istəyirik"
Türkiyənin İdlibdə dünən 5 əsgərinin şəhid olmasının qisası olaraq, bu gün Əsəd Ordusuna ağır zərbə endirməsindən dərhal sonra ABŞ-ın Suriya üzrə xüsusi təmsilçisi Ceyms Cefri Ankaraya gəlib.

Strateq.az xəbər verir ki, Cefri elə hava limanında türk jurnalistlərin suallarını cavablandırıb.

O ötən gün İdlibdə şəhid verən Türkiyə və onun xalqına başsağlığı verib və deyib ki, Türkiyə ABŞ-ın müttəfiqidir: “Müttəfiqimiz Türkiyənin hərbçiləri təhdidlə üz-üzədir. Bu təhdid Rusiya və Əsəd hökumətlərindən gəlir. İdlibdə şəhidləriniz var, başınız sağ olsun. Bu gün Ankaraya gələrək, Türkiyə hökuməti ilə durumu gözdən keçirib, Türkiyəyə hər cür dəstək vermək istəyirik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru