Türk ordusu aman vermir: Əsəd imdad dilədi

12-02-2020, 09:16           
Türk ordusu aman vermir: Əsəd imdad dilədi
Beynəlxalq cəmiyyət Ankaranın İdlibdəki hərəkətlərini cilovlamalıdır.

Axar.az xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyinin adı açıqlanmayan rəsmi şəxslərindən biri bildirib.

XİN nümayəndəsi Ankaranın hərbi əməliyyatlarını qınayaraq qeyd edib ki, Türkiyə İdlib və Hələbə əlavə hərbi qüvvələr yeridib.

Qeyd edək ki, son günlər İdlibdə Türkiyə Silahlı Qüvvələrinə qarşı Əsəd qüvvələri təxribata yol verir. Nəticədə yaşanan qarşıdurmada 10 türk əsgəri şəhid olub. Türkiyənin endirdiyi cavab zərbələri nəticəsində isə Əsəd ordusunun itkisi 220-ni keçib, xeyli hərbi texnika məhv edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.