NATO Türkiyəyə dəstək verəcəyini açıqladı

13-02-2020, 08:06           
NATO Türkiyəyə dəstək verəcəyini açıqladı
NATO Ankaranın hərbi möhkəmləndirmələr apardığı İdlibdəki vəziyyətdən asılı olmayaraq Türkiyəyə, xüsusən hava hücumundan müdafiə sahəsində dəstək verir.

Trend-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Şurasının müdafiə nazirləri səviyyəsində ilk iclası sonrası deyib.

Y.Stoltenberq deyib ki, Türkiyə NATO-nun üzvüdür və NATO Türkiyədədir və bizdə ciddi narahatlığa səbəb olan İdlibdəki vəziyyətdən asılı olmayaraq havadan müdafiə sahəsində bir sıra dəstək tədbirləri ilə təmin edirik.

Qeyd edək ki, Türkiyə ordusu bir müşahidə postunu atəşə tutduqdan sonra Suriya silahlı qüvvələrinin 115 hədəfinə zərbələr endirib.

Məlumata görə, zərbələr nəticəsində 101 Suriya əsgəri zərərsizləşdirilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru