Türkmənistan neftinin Azərbaycan və Gürcüstan ərazisindən daşınmasının tarifləri müəyyənləşib

14-02-2020, 14:00           
Türkmənistan neftinin Azərbaycan və Gürcüstan ərazisindən daşınmasının tarifləri müəyyənləşib
Azərbaycan və Gürcüstan dəmir yolları vasitəsilə Türkmənistandan gələn neft və neft məhsullarının daşınması üzrə rəqabətli tarif dərəcələri müəyyən edilib.

“Azərbaycan Dəmir Yolları” QSC-dən “APA-Economics”ə verilən məlumata görə, yeni tarifləri müəyyən edən protokol Tbilisi şəhərində “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, “Gürcüstan Dəmir Yolu” SC-nin baş direktoru David Peradze, “Azərbaycan Xəzər Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev, “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müavini Vahid Əliyev, Dübəndi və Batumi neft terminallarının nümayəndələri tərəfindən imzalanıb.

Mövcud yük həcmlərinin saxlanılması və alternativ marşrutlardan əlavə yüklərin cəlb edilməsi məqsədilə qəbul edilən rəqabətli tariflər 2020-ci ilin aprelin 1-dən noyabrın 1-dək qüvvədə olacaq.

Yeni tariflər neft və neft məhsullarının həm bərələr, həm də neft terminalları vasitəsilə Türkmənistandan Azərbaycana gətirilməsinə, Azərbaycan və Gürcüstan dəmir yolları ilə Batumi neft terminalına daşınmasına şamil ediləcək.

Qeyd edək ki, 2019-cu ildə Türkmənbaşı limanından tankerlərlə Dübəndi neft terminalına 271 min ton, bərələrlə Ələtə isə 90 min ton neft və neft məhsulları daşınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru