Türkiyədə gərginlik: Rusiyanın səfiri öldürülməkdən qorxur

15-02-2020, 00:00           
Türkiyədə gərginlik: Rusiyanın səfiri öldürülməkdən qorxur
Suriyanın İdlib şəhərindəki döyüşlər qızışandan sonra Türkiyənin Rusiya ilə münasibətləri soyuyub. Qardaş ölkə şimal qonşumuzu Suriya məsələsində səmimi mövqe ortaya qoymamaqda qınayır.
Bizimyol.info xəbər verir ki, ölkələr arasındakı gərginlik başqa müstəviyə çıxıb. Rusiyanın Ankaradakı səfiri Aleksey Yerxov həyatına təhlükə olduğunu bildirib.

Aleksey Yerxov
Onun dediyinə görə, sosial şəbəkələrdə türkiyəli istifadəçilər onu ölümlə təhdid edir. Buna görə də Türkiyə hökuməti Rusiyanın Ankaradakı səfirliyinin qorunmasını gücləndirib.

Səfirliyin mətbuat xidmətinin rəhbəri İrina Qasımova mətbuata açıqlamasında vəziyyətin gerçəkdən gərgin olduğunu bildirib. Diplomatik missiyanın sözçüsü hər hansı terror aktı gözləmədiklərini söyləyib. Buna baxmayaraq, təhlükəsizlik tədbirlərinin artırılmasının vacibliyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru