Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb

17-02-2020, 04:55           
Ağ Ev: Tramp Ərdoğanla telefon danışığında İdliblə bağlı narahatlığını çatdırıb
ABŞ Prezidenti Donald Tramp fevralın 15-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı İdlibdəki vəziyyətdən narahatlığını vurğulayıb və Rusiyanın Suriya hökumətinə dəstəyinin dayandırılmasını istədiyini bildirib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə bazar günü axşam Ağ Evin mətbuat katibinin müavini Cad Dirin yaydığı açıqlamada bildirilir.

“ABŞ Prezidenti İdlibdəki gərginlikdən narahatlığını bildirib və humanitar fəlakətin qarşısının alınmasında göstərdiyi səylərə görə Türkiyə Prezidentinə təşəkkür edib. Prezident Tramp Rusiyanın Suriya Prezidenti Bəşər Əsəd rejiminə dəstəyini dayandırmasını və münaqişənin siyasi həllini müdafiə etməsini istədiyini bildirib”, - deyə açıqlamada deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru