Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"

17-02-2020, 06:56           
Çavuşoğlu: "İdlib mövzusunda Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk"
Türkiyə və Rusiya hökumətləri Suriyanın İdlib vilayəti mövzusunda son razılaşmanın hazırlanması üçün əməkdaşlığı davam etdirir.

APA xəbər verir ki, bunu Rusiyanın “İzvestiya” qəzetinə verdiyi müsahibəsində Türkiyə Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu deyib.

“Hələ çox iş görülməlidir, biz bu məsələlərdə Rusiya ilə fəal əməkdaşlığımızı davam etdiririk. Yekun cavabı bazar ertəsi, nümayəndə heyətlərimizin Moskvadakı görüşündən sonra tapacaqsınız. Suriya probleminin əməkdaşlığımızı aşağı salmasına və münasibətlərimizə təsir göstərməsinə imkan verməməliyik”, - deyə türkiyəli nazir bildirib.

Çavuşoğlu qeyd edib ki, Rusiya və Türkiyənin qarşıdakı əlaqələri hər iki ölkənin başqa bir görüşə ehtiyacının olub-olmadığını göstərəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru