Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdi

17-02-2020, 20:57           
Tanınmış vəkil yanında təcrübə keçən qıza təcavüz etdi
Türkiyədə vəkil yanında təcrübə keçən qıza təcavüz edib.

KONKRET.az xəbər verir ki, bu barədə “HaberGlobal” məlumat yayıb.

Hüquq sahəsində təcrübə keçən Öykü adlı qıza İstanbul Vəkillər Kollegiyasının (İstanbul Baro avukatları) vəkillərindən biri təcavüz edib.

Bu barədə qız öz sosial şəbəkəsində paylaşım edib:

“Hamıya salam. Mənim adım Öyküdür. İstanbul Vəkillər Kollegiyasının üzvü olan M.K. adlı vəkil mənə və mənim kimi yanında işləyən bir çox qıza təcavüz edib və bizi təhdid edərək şikayət etməməyimiz üçün qorxudub”.

O, müdiri tərəfindən təcavüzə uğrayan qadınlara səslənərək onu dəstəkləmələrini istəyib.

Öykü ona təcavüz edən şəxsin 30 il vəkil işləyərək Türkiyədə yüksək mövqeyə malik olduğunu, öz oğlunu bıçaqla öldürməyə cəhd edən, arvadını döyən və insanları ölümlə hədələyən biri olduğunu deyib.

Öykünün paylaşımı əsasında hadisənin araşdırılmasına başlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru