İŞİD cəlladı Bursada həbs edilib

18-02-2020, 01:58           
İŞİD cəlladı Bursada həbs edilib
İŞİD terror təşkilatının Əbu Taki Əl Şahmy kod adlı “komandiri” Türkiyənin Bursa şəhərində həbs olunub.

APA-nın Türkiyənin “Hürriyet” qəzetinə istinadla verdiyi xəbərə görə, Suriya vətəndaşı, 50 yaşlı terrorçu Y.A.A Bursa Baş Prokurorluğu tərəfindən həyata keçirilən əməliyyat nəticəsində ələ keçirilib.

Qeyd edək ki, “Əbu Taki Əl Şahmy” kod adlı terrorçu Suriyanın Deyr Zor El-Meadin və Bukemal bölgələrində qondarma "komandir" olaraq fəaliyyət göstərib və o, İŞİD-in cəzalandırdığı adamları edam edib, bu vəhşi qətliamları videoya çəkərək sosial şəbəkələrdə yayımlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru