Dünyanın gözlədiyi görüş Başa Çatdı: Rusiyadan müharibə anonsu – Türk ordusu hərəkətə keçir?

19-02-2020, 00:01           
Dünyanın gözlədiyi görüş Başa Çatdı: Rusiyadan müharibə anonsu – Türk ordusu hərəkətə keçir?
Suriyanın İdlib şəhərindəki vəziyyəti müzakirə etmək üçün paytaxt Moskvada bir araya gələn Türkiyə və Rusiya nümayəndə heyətinin görüşləri başa çatıb.


Teref.az Publika.az-a istinadən xəbər verir ki, iki gün davam edən görüşlərdən sonra rəsmi açıqlama verilməyib.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, türk heyəti meydanda gərginliyin sürətlə azaldılması və dinc sakinlərin vəziyyətinin daha da pisləşməməsi üçün tədbirlər görülməsini təklif edib. Bundan başqa, İdlibdə Soçi memorandumu çərçivəsində verilən qərarların tam şəkildə icrası və pozuntuların qarşısının alınması məqsədilə atıla biləcək addımlar razılaşdırılıb.

Qeyd edək ki, Türkiyə heyətinə Xarici İşlər nazirinin müşaviri Sədat Önal, Rusiya heyətinə isə Xarici İşlər nazirinin köməkçisi Sergey Verşininlə Prezident Vladimir Putinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev başçılıq edib.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, Moskvadakı görüşlərdən nəticə çıxmasa, qarşıdakı günlərdə liderlər səviyyəsində görüşlər keçirilə bilər.

Rusiyalı hərbi mütəxxəsislər də diplomatik razılaşma əldə edilməyəcəyi təqdirdə, Türkiyə ordusunun Bəşər Əsəd rejiminə qarşı hərbi əməliyyat keçirəcəyini istisna etmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru