Tramp Ərdoğan haqqında - "O, sərt oğlandır, amma..."

19-02-2020, 01:28           
Tramp Ərdoğan haqqında - "O, sərt oğlandır, amma..."
ABŞ prezidenti Donald Tramp bildirib ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Suriyanın İdlib bölgəsində yaranmış vəziyyətin normallaşdırılması üzərində işləyir.

Teleqraf.com xəbər verir ki, Tramp Ərdoğan haqqında müsbət fikirlər işlədib:

"Prezident Ərdoğanla çox yaxşı danışığım oldu. O, sərt oğlandır, amma bizim münasibətlərimiz yaxşıdır. O, istəmir ki, orada minlərlə və yüz minlərlə insanı öldürsünlər", - Tramp jurnalistlərə deyib.

“Biz İdlib haqqında danışdıq, birlikdə işləyirik və baxırıq ki, nə etmək olar”, - deyə ABŞ prezidenti əlavə edib.

ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı bazar ertəsi olub. Dövlət başçıları Suriyada yaranmış vəziyyəti müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru