Təyyarə qəzasının səbəbi bəlli oldu - İçində 182 nəfər vardı

20-02-2020, 16:09           
Təyyarə qəzasının səbəbi bəlli oldu - İçində 182 nəfər vardı
Türkiyənin "Sabiha Gökçen" hava limanındakı eniş zolağında qəzaya uğrayan "Pegasus" aviaşirkətinə məxsus təyyarənin "qara qutu"su oxunub.

Publika.az xəbər verir ki, qəzanın əlverişsiz hava şəraiti və eniş zolağı da daxil olmaqla, bir çox səbəbdən baş verdiyi bildirilir.

Almaniya Milli Aviasiya Xidmətinin Qəzaların Araşdırılması Bürosunun analiz etdiyi "qara qutu"ya görə, qəza zamanı pilotların xətası ən aşağı səviyyədədir.

Bildirilib ki, qəza zamanı təyyarənin 3 yerə bölünməsinə səbəb "stop way" adı verilən və qəza vəziyyətində təyyarənin zərər görmədən dayandırılması üçün yumşaq torpaq səthli sahənin dik olmasıdır. Səthin sürüşməməsi üçün tikilən istinad divarı təyyarənin parçalanmasına və zərərin çoxalmasına şərait yaradıb.

Qeyd edək ki, 5 fevral tarixində baş verən hadisə zamanı 3 nəfər həlak olmuş, 179 nəfər yaralanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru