Ərdoğan, Makron və Merkel arasında telefon danışığı oldu

21-02-2020, 15:59           
Ərdoğan, Makron və Merkel arasında telefon danışığı oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Fransa Prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel arasında telefon danışığı olub.

Unikal.org xəbər verir ki, üçtərəfli telefon danışığı zamanı Türkiyə Prezidenti ötən gün Almaniyada baş verən terror hadisəsində ölənlərin yaxınlarına başsağlığı verib.

Ərdoğan Suriyanın şimalında, İdlib vilayətində Suriya ordusunun hücumlarının dayandırılmasının vacibliyini qeyd edib.

Türkiyə Prezidenti Liviyada sabitliyin bərqərar olunması üçün müttəfiq dövlətlərlə birgə fəaliyyətin əhəmiyyətini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru