Mənə oyun quranları bağışlamayacam - Sabiq deputat

21-02-2020, 17:09           
Mənə oyun quranları bağışlamayacam - Sabiq deputat
Bütün urmiyalıları, Azərbaycan türklərini və İran xalqını seçki məntəqələrinə gedib, öz nümayəndələrini seçməyə dəvət edirəm.

Axar.az xəbər verir ki, bu sözləri Urmiyanın İran Parlamentindəki sabiq nümayəndəsi Nadir Qazipur deyib. O, çağırışında namizəd Gülşən Novruziyə dəstəyini nümayiş etdirib:

“Urmiyada həssas bir vəziyyət mövcuddur. Buna görə də bütün sevənlərimi, tərəfdarlarımı, Azərbaycanın kişi və qadınlarını qəti şəkildə səsverməyə çağırıram. Onlar Azərbaycanın hüquqlarını müdafiə etməlidirlər. Bu gün əziz bacım Gülşən Novruzi ilə görüşdük. Onun maksimum səs toplamasını istəyirik”.

N.Qazipur onu millətçi adlandıranlara da reaksiya verib:

“Urmiyanın zalımların əlinə keçməsinə imkan verməyin. Məni pantürkizmdə ittiham edirlər. Millətçi olsaydım, niyə Xuzistanda, Sərdəştdə, Piranşəhrdə döyüşürdim? Mənə qarşı fəaliyyət göstərənləri bağışlamayacağam”.

Qeyd edək k, Nadir Qazipurun namizədliyi təsdiqlənməyib. O, pantürkizmdə ittiham olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru