Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər – Kreml

22-02-2020, 02:06           
Rusiya və Türkiyə prezidentləri İdlib mövzusunda razılığa gəliblər –
Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.

Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı liderlər Suriyanın İdlib əyalətindəki münaqişə vəziyyətini müzakirə ediblər.

Vladimir Putin ekstremist qrupların aqressiv fəaliyyətlərinin davam etməsindən narahatlığını ifadə edib. Suriya Ərəb Respublikasının suverenliyi və ərazi bütövlüyünə şərtsiz hörmət olunmasının vacibliyi vurğulanıb.

Prezidentlər İdliblə bağlı gərginliyin azaldılmasına, atəşkəsin təmin olunması və terrorçu təhdidlərin neytrallaşdırılmasına istiqamətlənən nazirliklərarası məsləhətləşmələrin aktivləşdirilməsi barədə razılığa gəliblər.

Hərbi nazirliklər vasitəsi ilə təmasların intensiv rejimdə davam etdirilməsi təsdiqlənib”,- deyə Kremlin məlumatında qeyd olunub.

O da bildirilib ki, Putin və Ərdoğan telefon danışığı zamanı Liviya münaqişəsinin nizamlanması mövzusuna da toxunublar. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru