“Türk ordusu güclüdür, lakin Ankaranın müharibə üçün pulu yoxdur” – Kreml təsəlli axtarışında...

22-02-2020, 10:13           
“Türk ordusu güclüdür, lakin Ankaranın müharibə üçün pulu yoxdur” –
Moskva hər şeyi nəzərə alıb, türk xalqının fədakarlıq qabiliyyətindən başqa...
Suriyada vəziyyət gərginləşdikcə, Türkiyə və Rusiyanın bu bölgədə toqquşma ehtimalı da artmaqdadır. Baxmayaraq ki, Türkiyə tərəfi dəfələrlə Rusiya ilə hərbi qarşıdurma aparmaq niyyətində olmadığını bəyan edib. Lakin bu da bir həqiqətdir ki, hər şey proseslərin gedişatından, daha doğrusu, Rusiyanın türk əsgərinə, onun Suriyadakı fəaliyyətinə olan münasibətdən asılıdır. Odur ki, Türkiyənin Rusiya ilə hərbi toqquşmadan qaçmaq cəhdlərini qeyd etməklə yanaşı, belə bir ehtimalın mövcudluğu faktı da istisna edilə bilməz.

Moderator.az xəbər verir ki, Türkiyə ilə müharibə ehtimalı Rusiya mediasını da hərəkətə keçirib. Belə ki, Türkiyənin Rusiya ilə müharibə ehtimalını dəyərləndirən rusiyalı mütəxəssislər, türk ordusunun belə bir savaşa hazır olduğunu vurğulasalar da, onlar türk iqtsiadiyyatının hazırkı durumunun buna imkan vermədiyi qənaətindədirlər. Rusiyanın əksər hərbi-siyasi ekspertləri hesab edir ki, “Türkiyənin Rusiya ilə müharibə etməyə pulu yoxdur” və müharibə başlayarsa bu, türk iqtisadiyyatının durumunu daha da ağırlaşdıra bilər.

Türk lirəsinin 2019-cu ildən etibarən ABŞ diolları ilə ümqayisədə 11% dəyərsizləşdiyini bildirən ekspertlər, hökumətin bu gün də lirəni inzibati üsullarla tənzimləmək məcbuiyyəti qarşısıda qaldığını iddia edir.

Türkiyənin dövlət banklarının lirənin dəyişkənliyini azaltmaq üçün son 2 ildə 37 milyard dollardan çox pul xərclədiyi də rusiyalı mütəxəssislərin iddiaları sırasındadır.

Rusiyalı ekspertlər hesab edir ki, müharibə olsa, bu, Türkiyə iqtisadiyyatının tamamilə çökməsinə səbəb olacaq. Hər halda, Kremlin inanmaq istədiyi gerçək bundan ibarətdir.

P.S.Ola bilsin ki, Türkiyənin mövcud iqtisadi durumu kifayət qədər həssasdır və bəlkə gerçəkdən də bu durum Rusiya kimi böyük bir dövlətlə müharibə yükünü qaldırmaq iqtidarında deyil. Lakin rusiyalı ekspertlərin unutduğu, gözardı etdiyi bir gerçək var ki, bu da türk xalqının haqq, ədalət uğrundakı mübarizədə hər cür fədakarlığa hazır olduğu gerçəyidir. Bu isə o deməkdir ki, Türkiyə boş büdcə ilə belə, sırf türk xalqının maddi-mənəvi fədakarlığına istinad edərək istənilən müharibəyə başlamaq və bu müharibədən üzüağ çıxmaq qüdrətinə malikdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.