Bu soba görənləri heyrətə gətirir – Həm bişirir, həm də...

23-02-2020, 08:48           
Bu soba görənləri heyrətə gətirir – Həm bişirir, həm də...
Türkiyənin Tekirdağ vilayətində maraqlı dizayn ilə hazırlanan soba görənlərin marağına səbəb olub.

Teleqraf.com xəbər verir ki, həm elektrik, həm də kömürlə işləyən soba içərisində hazırlanmış samovar və ocağı ilə işləyir. İçinə yerləşdirilən elektrik qurğusu ilə istiliyi çölə verməklə yanaşı, bişirdiyi yeməklərin dadı da çox ləzzətli olur.

Sobanı hazırlayanlardan biri olan Ercan Kalkan bildirib ki, əvvəllər çay bağçasına gələn müştərilər soyuqdan şikayət etməklə yanaşı, fərqli yeməklər sifariş edirdilər:

“Hamısını tək-tək etmək əvəzinə, bütün istəklərimizi bir sobada gerçəkləşdirdik. Sobada deşiklər qoyduq. İçindəki istiliyi elektrik qurğusu ilə xaricə ötürür. Bundan başqa, səhər kartof qovurmaq və şabalıd bişirmək üçün gələn müştərilər üçün arxaya da belə bir bir soba qoyduq. İnsanlar çox bəyəndilər”.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru