Koronavirus İrandan Türkiyəyə sıçradı

24-02-2020, 10:27           
Koronavirus İrandan Türkiyəyə sıçradı
İranı koronavirus bürüyür. Ölənlərin sayı 11-ə çatıb. Hərçənd, rəsmi Tehran yalnız 6 nəfərin həyatını itirməsini etiraf edir.
Türkiyənin 3 vətəndaşı koronavirusu İrandan Türkiyəyə gətirib. Bizim bir qonşu ölkədən digərinə daxil olan türkiyəlilər Vanda yüksək temperatura görə xəstəxanaya yerləşdiriliblər. Onlar infeksiya şöbəsində saxlanılır.

İranlı siyasi fəal Məhəmməd Əhvazenin “Twitter” hesabında yazdığına görə, bu ölkədə koronavirusa yoluxanların bir çoxu Türkiyəyə qaçmağa çalışır. İran sərhədçiləri onların qarşısını maksimum almağa çalışır.

Cənub qonşumuzda bütün məktəblər, ali təhsil ocaqları, kinoteatrlar bağlanıb. İdman oyunları 10 günlük təxirə salınıb. /Bizimyol.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru