Türkiyə Naxçıvanla sərhədini bağladı

24-02-2020, 23:02           
Türkiyə Naxçıvanla sərhədini bağladı
Koronavirusun dünyada və xüsusən də İranda yayılması ətrafında informasiya isteriyası dərinləşməkdə davam edir.
Artıq Türkiyə və bir sıra digər qonşu ölkələr İranla sərhədlərini bağlayıblar.

Lakin məlum olub ki, koronovirusun yayılması təhlükəsini bəhanə edərək Türkiyə Naxçıvanla da sərhədini bağlayıb.

Üstəlik elə bir vaxtda ki, Azərbaycanda, o cümlədən Naxçıvanda koronavirusa yoluxma halı qeydə alınmayıb. Səhiyyə Nazirliyi də bu barədə bəyan edib və Ümumdünya Səhiyyə Təşkilatı da informasiyanı təsdiqləyib.

Bundan əlavə Türkiyə özü Azərbaycan vətəndaşlarını Çindən evakuasiya edib, onların əksəriyyəti tələbələrdir.

Evakuasiya olunan Azərbaycan vətəndaşları Türkiyədə karantində saxlanıldılar və onlarda heç bir təhlükəli virus aşkarlanmadı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru