Türkiyədə "Pegasus"un pilotu həbs edildi

25-02-2020, 00:03           
Türkiyədə "Pegasus"un pilotu həbs edildi
Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı

İstanbulun Sabiha Gökçen hava limanında fevralına beşində qəzaya uğrayan təyyarənin pilotu həbs olunub.

Sputnik Azərbaycan bildirir ki, bu barədə NTV telekanalı xəbər yayıb.

Bildirilir ki, məhkəmə prokurorluğun "ehtiyasızlıq səbəbindən bir və ya daha artıq şəxsin ölümünə və xəsarətinə səbəb olduğu" iddiasına görə hava laynerinin kapitanı Mahmud Arslanın həbsi tələbini təmin edib.

Fevralın 5-də İzmirdən İstanbula PC2193 reysini gerçəkləşdirən "Pegasus" aviaşirkətinin təyyarəsi Sabiha Gökçen aeroportunda enərkən enmə zolağının kənarına çıxmış və üç yerə bölünmüşdü. Türkiyə Səhiyyə naziri Fəxrəddin Qocanın verdiyi məlumata görə, hadisədə 3 nəfər ölmüş, 179 nəfər xəsarət almışdı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.