Türkiyə ordusu böyük itki verib

25-02-2020, 00:22           
Türkiyə ordusu böyük itki verib
Rusiya hərbi təyyarələrinin hücumu Türkiyə ordusuna baha başa gəlib. Qardaş ölkənin ən azı 10 əsgəri həyatını itirib.
“RİA Novosti” 13 nəfərin öldürülməsini iddia edir. Suriya döyüşlərini yaxından izləyən jurnalist və hərbi analitik Babək Taqvey “Twitter” hesabında bu haqda yazıb. O, azı 12 nəfərin oldürüldüyünü, amma bunların hamısının türk əsgəri olmadığını qeyd edib. Onun yazdığına görə, ölənlərin arasında terrorçular da var.

İtkiyə baxmayaraq, Türkiyə ordusu İdlib əməliyyatlarını davam etdirir. Rusiya mətbuatı türkiyəlilərin Suriya müxalifət qüvvələri ilə birlikdə Nayrab şəhərinə hücumundan yazır.

Bu gün Rusiya hərbi təyyarələri ümumilikdə 18 nöqtəyə zərbə endirib. Şimal ölkəsinin xarici işlər naziri Sergey Lavrov əməliyyata haqq qazındırıb. O, Türkiyə ilə razılaşmanı pozmadıqlarını bildirib. \\Bizimyol.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.