Putin İstanbula gəlməkdən imtina etdi – Sensasiya

25-02-2020, 14:04           
Putin İstanbula gəlməkdən imtina etdi – Sensasiya
Rusiya Suriya məsələsində Fransa, Almaniya və Türkiyə ilə birgə zirvə toplantısı keçirməyi düşünmür.
Axar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, bundan öncə 4 lider arasında telefon danışıqları baş tutmuşdu. Danışıqların nəticəsi olaraq martın 5-də Almaniya, Fransa, Rusiya və Türkiyənin iştirakı ilə İstanbulda Suriya zirvə toplantısı keçiriləcəyi bildirilmişdi.
Bu gün isə Türkiyə lideri Ərdoğan Bakı səfəri öncəsi mediaya açıqlamasında Suriya ilə bağlı məsələnin müzakirəsi üçün Rusiyadan nümayəndə heyətinin 26 fevralda Türkiyəyə gələcəyini açıqlamışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru