Sultanın taxtı 100 minə satıldı

27-02-2020, 00:01           
Sultanın taxtı 100 minə satıldı
Osmanlı İmperiyasının 34-cü sultanı II Əbdülhəmidin taxtı xaricə aparılmaması şərti ilə satışa çıxarılıb.

"Yeni Sabah" Türkiyə mediasına istinadən bildirir ki, taxt 100 min lirəyə (təxminən, 27 min manat) satılıb. Onu "Maxam Holding"in rəhbəri Mahmut Karakeçili alıb.

Taxt indiyə kimi Memar Sinan Universitetinin İncəsənət fakültəsinin müəllimi, yazıçı Nilgün Şensoyun kolleksiyasında olub. O, bildirib ki, belə mənəvi dəyəri yüksək olan əşyanı pul üçün yox, evini muzey ab-havasından çıxartmaq üçün satmağa qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru