Ərdoğan verdiyi sözü yerinə yetirdi: Serakib geri alındı - SON DƏQİQƏ

27-02-2020, 09:26           
Ərdoğan verdiyi sözü yerinə yetirdi: Serakib geri alındı - SON DƏQİQƏ
Türkiyə tərəfindən dəstəklənən müxalif qüvvələr İdlibə bağlı Serakib qəsəbəsini geri alıblar.

Ovqat.com xəbər verir ki, məlumatı “Reuters” agentliyi yayıb.

Qeyd edək ki, Suriya ordusu Rusiyanın hava dəstəyi ilə bu ayın əvvəllərində Serakib qəsəbəsini ələ keçirmiş və 8 Türk əsgərini şəhid etmişdi.

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan bu hadisədən sonra Suriya ordusuna ayın axırına qədər qəsəbəni boşaltmaq möhləti vermişdi. Sabah ay tamamlanır. Dolayısıyla möhlət də bitir. Suriya rəsmiləri isə möhlət vaxtını gözləmədən Türkiyənin ultimatumunu rədd etmişdilər. Reuters agentliyinin bu məlumatı öz təsdiqini taparsa, belə görünür ki, Rəcəb Tayib Ərdoğan verdiyi sözü yerinə yetirdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru