Əsəd rejiminə sarsıdıcı zərbə - Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri böyük əraziləri ələ keçirir

28-02-2020, 00:40           
Əsəd rejiminə sarsıdıcı zərbə - Türkiyənin dəstəklədiyi müxalifət qüvvələri böyük əraziləri ələ keçirir
Türkiyə ordusunun dəstəklədiyi suriyalı üsyançılar strateji Serakib şəhərini yenidən ələ keçiriblər. “AzPolitika.info” xəbər verir ki, bu, Suriya ordusunun Rusiyanın dəstəyi ilə gerçəkləşdirdiyi hücum əməliyyatında ciddi geriləmə sayılır.

Üç həftə qabaq silahlı müxalifət iki böyük magistral yolun kəsişməsində yerləşən şəhəri itirmişdi. “Serakib şəhəri Əsədin dəstələrindən tamamilə azad olunub”, – Türkiyənin dəstəklədiyi üsyançı fraksiyalar koalisiyasının – Milli Azadlıq Cəbhəsinin sözçüsü Naci Mustafa deyib.

Xatırladaq ki, dekabrdan bəriBəşər Əsəd qüvvələri Rusiyanın dəstəyi, iranlı döyüşçülərin yardımıyla Suriyanın şimal-qərbində irəliləməkdədir.

Suriyada İnsan Haqlarını Müşahidə Təşkilatı bu gün – fevralın 27-də bildirib ki, hökumət qüvvələri İdlib vilayətinin cənubuna nəzarəti tam ələ alıb. Təşkilat bildirir ki, son üç gündə hökumət qüvvələri İdlibin cənubunda və ona bitişik Hama vilayətində 60-dək şəhər və kəndi tutub.

Türkiyə PrezidentiRəcəp Tayyip Ərdogan isə Suriya qüvvələrinin ərazidən çıxmasıüçün fevralın sonunadək vaxt qoyub. Türkiyə sözügedən ərazidə Rusiya ilə razılaşma əsasında bufer zona yaratdığını bildirir. Ərdogan deyib ki, əks halda Türkiyə Suriya hökumət qüvvələrini ərazidən çıxaracaq.

Bu gün Türkiyə və Rusiya rəsmiləri Ankarada münaqişəüzrə danışıqları davam etdirəcəklər. Qeyd edək ki, Ankara Suriyanın şimal-qərbinə minlərlə hərbçi və çoxlu sayda texnika göndərib. Burada yeni postlar qurulub. Əsəd qüvvələrinə qarşı yeni əməliyyata hazırlıq görüldüyü bildirilir.

Serakib şəhərinə gəlincə, o, paytaxt Dəməşqi və Suriyanın ikinci böyük şəhəri olan Hələbi birləşdirən iki əsas yolun ayrıcında yerləşir. Bir müddət öncəƏsəd qüvvələri M5 adlı bu magistralıələ keçirməkləüsyançılara qarşıəməliyyatda böyük irəliləyişəldə etmişdilər. “Müxalifət indi magistral yolları bir-birindən ayırıb və rejimi başlanğıca qaytarıb”, – Suriya müxalifətindən general Əhməd Rahhal deyib.

“The Associated Press” Serakib şəhərindən yerli fəalTahir əl Ömərə istinadla yazır ki, şəhər indi müxalifətin nəzarətindədir. O, internetə yerləşdirdiyi videoda hökumət qüvvələrinin siçovullar kimi qaçdığını bildirir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.