Sensasiya: Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub - Video

28-02-2020, 16:21           
Sensasiya: Türk əsgərlərini Rusiya deyil, bu ölkə vurub - Video
İran uğurlu bir əməliyyatla Türkiyə və Rusiyanı üz-üzə qoydu.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert Həsən Oqtay İdlibdə türk əsgərlərinə edilən hücumu şərh edərkən deyib.

Onun sözlərinə görə, bu hücumu İran reallaşdırıb:

“Rusiya yaydığı rəsmi bəyanatda bu hücumu rus qüvvələrinin etmədiyini və hücumda Rusiyaya məxsus təyyarədən istifadə olunmadığını açıqladı. Türk əsgərlərinə hücum İran əsgərləri tərəfindən edilib və bu, Tehranın son həmləsi olacaq”.

Ekspert baş verənlərdən sonra Türkiyənin qarşıdurmanı diplomatiya yoluyla aradan qaldıracağını da vurğulayıb.

Qeyd edək ki, Əsəd rejimi ötən gecə Türkiyə əsgərlərinə hücum edib, nəticədə 33 türk əsgəri şəhid olub.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru