"Türk Hava Yolları" bu ölkəyə uçuşları dayandırdı - KORONAVİRUSA GÖRƏ

29-02-2020, 10:22           
"Türk Hava Yolları" bu ölkəyə uçuşları dayandırdı - KORONAVİRUSA GÖRƏ
"Türk Hava Yolları" (THY) şirkəti koronavirusun yayıldığı İtaliyaya uçuşları dayandırdığını açıqlayıb.
Yeniavaz.com xarici KİV istinadən xəbər verir ki, bununla bağlı hava yolları şirkətindən bildirilib ki, son günlərdə İtaliyada yeni növ koronavirusun (Kovid-19) sürətlə yaylması səbəbilə təyyarə səfərlərində bəzi dəyişikliklər edilib:
"Son günlərdə İtaliyada sürətlə yayılan koronavirus xəstəliyi səbəlilə bəzi səfərlərimizdə dəyişikliklər edildi. Qeyd edilən səbəbə görə, 1 mart tarixində İtaliyaya olan uçuşumuz ləğv edilmişdir. Bilet alan sərnişinlər biletlərini başqa bir vaxta dəyişə, və ya qaytara bilərlər".
Qeyd edək ki, sonuncu məlumata görə, İtaliyada koronavirusdan ölənlərin sayı 21 nəfərdir, 821 nəfər isə virus daşıyıcısıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru