Çavuşoğludan Liviya açıqlaması: Gedişatı biz təyin etdik
3-06-2020, 12:38
Liviyadakı müharibəni Haftar qazana bilməz.
Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu ölkə mətbuatına açıqlamasında deyib.
“Haftar xaricdən dəstək almasa, heç bir gücü yoxdur. Burada gedişatı biz təyin etdik. Maraqlarımız var. Bunu müdafiə etmək üçün lazım olan addımları atdıq və atmaqda davam edəcəyik”, - M.Çavuşoğlu bildirib.
XİN rəhbəri həmçinin qeyd edib ki, sabah Liviya Milli Razılıq Hökumətinin rəhbəri Ankarada olacaq:
“Bizim Aralıq dənizində maraqlarımız var. Bölgənin sabitliyi bizim üçün vacibdir. Biz başqaları kimi qiyamçını dəstəkləmirik. BMT Təhlükəsizlik Şurasının qərarı ilə qanuni elan edilmiş bir hökumətlə işləyirik”.