‘Güzəştə getməyə imkan verməyəcəyik, Azərbaycanın yanındayıq” – Türkiyə MN

14-11-2020, 18:34           
‘Güzəştə getməyə imkan verməyəcəyik, Azərbaycanın yanındayıq” – Türkiyə MN
Öz torpaqlarını 30 ildən sonra işğaldan azad edən azərbaycanlı qardaşlarımızın zəfərini qeyd edir, sevincini bölüşürük. Noyabrın 10-u gecə yarısından etibarən başlayan atəşkəs razılaşması ilə Ermənistanın işğalına son qoyulub, Azərbaycanın öz ərazisi olan Qarabağ azadlığa qovuşub.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında bildirilib.

“Noyabrın 11-də bölgədəki atəşkəsə nəzarət və təftiş üçün yaradılmasına qərar verilən Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı memorandum imzalanıb. Türkiyə-Rusiya Monitorinq Mərkəzi ilə bağlı imzalanan memorandumun tətbiq olunmasına dair metod və əsasların Rusiya Federasiyası ilə müzakriə olunması davam edir.

Heyətlər arasındakı ilk iclas noyabrın 13-də Milli Müdafiə Nazirliyində gerçəkləşib. Bu gün də toplantılar davam ediləcək.

İmzalanan atəşkəs bəyanatındakı şərtlərin yerinə yetirilməsi, işğal altındakı bütün torpaqların Azərbaycana qaytarılması, bölgədə sülh və əmin-amanlıq mühitinin yenidən təmin edilməsi prosesini yaxından izləyəcəyimizi, güzəştə getməyə imkan verməyəcəyimizə, ehtiyac olduğu halda tərəddüd etmədən Azərbaycana hər cür dəstəyi verəcəyimizi bir daha vurğulamaq istəyirik. Azərbaycanın davası bizim davamız, sevinci sevincimiz, kədəri kədərimizdir”, – nazirliyin bəyanatında qeyd olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru