Ərdoğandan xəbərdarlıq: “Masadan qaçdılar” – Kritik açıqlama

16-11-2020, 00:02           
Ərdoğandan xəbərdarlıq: “Masadan qaçdılar” –
“Bütün zülmlərə, işgəncələrə və xəyanətlərə baxmayaraq, mübarizə bayrağımızı heç vaxt endirmədik. Mücahidlərimizin və mehmetçiklərimizin tarixi mübarizəsi ilə qələbə qazandıq. Keçmişi unutmadan birlikdə dinc bir gələcək quracağıq”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Türkiyə lideri bundan sonra da Şimali Kipr Türk Cümhuriyyətinin haqlarını qoruyacağını bildirib:

“Bir tərəfin səyi həll yolunu açmaq üçün kifayət deyil. 2017-ci ildə Yunan Kipri masadan qaçdı. Bəs Avropa İttifaqı atılan addımlara baxmayaraq vədlərini yerinə yetirdimi? Yox. Şimali Kiprə verməli olduqları dəstəyi vermədilər. Zəmanətçi ölkə olaraq, nə biz, nə də Şimali Kipr artıq diplomatik oyunlara dözməyəcək. Bu gün Kiprdə iki ayrı dövlət var. Yunanlarla əməkdaşlığı bərpa etmək mümkün deyil”. (teleqraf.com)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru