Ərdoğan 46 il sonra açılan Maraşı ziyarət etdi - FOTO

16-11-2020, 00:51           
Ərdoğan 46 il sonra açılan Maraşı ziyarət etdi - FOTO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasına səfəri çərçivəsində 46 il sonra açılan Qapalı Maraşı ziyarət edib. Bu barədə “Hürriyet” məlumat yayıb.

“Burada sürətlə görülən işlər çərçivəsində yeni bir proses başlayıb. Buranın əsl sahibləri bəllidir və onlara qovuşacaqları günü gözləyirlər”, - deyə Türkiyə lideri bildirib.

Xatırladaq ki, Maraş Bölgəsi Kipr Sülh Hərəkatından sonra Şimali Kipr tərəfindən hərbi bölgə elan edilib. O dövrdə təhlükəsizlik üçün ərazidə yaşayan əhali təxliyyə olunub. 1974-cü ildən insan həyat üçün qapalı olan bölgənin təsərrüfatı tamamilə dağılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru