Ankaradan Afinaya 6-cı cavab: Haqqımızı qoruyacağıq!

22-11-2020, 09:19           
Ankaradan Afinaya 6-cı cavab: Haqqımızı qoruyacağıq!
Türkiyə Aralıq dənizinin şərq hissəsində özünün və Kipr türklərinin haqqını qətiyyətlə qorumağa davam edəcək.

Axar.az xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirib ki, Yunanıstan Xarici İşlər Nazirliyi bu gün də açıqlama verərək “Oruc Rəis” gəmisinin Türkiyənin Aralıq dənizində kontinental şelf zonasında apardığı tədqiqatlara etiraz edib:

“Bu iddia və etirazlara Türkiyə olaraq iyul ayından bu günə kimi 6 açıqlama ilə cavab verilib. Bir daha bildiririk ki, Türkiyə Aralıq dənizinin şərq hissəsində özünün və Kipr türklərinin haqqını qətiyyətlə qorumağa davam edəcək. Yunanıstan hər dəfə etiraz etmək əvəzinə Türkiyənin dialoq çağırışlarına müsbət cavab verməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru