Qətərlə Türkiyə arasında vacib anlaşma

27-11-2020, 02:01           
Qətərlə Türkiyə arasında vacib anlaşma
Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani geniş tərkibli heyətlə Türkiyə Respublikasına səfər edib.

Teərafat.com xəbər verir ki, Ankarada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Qətər dövlətinin Əmiri Təmim bin Həməd Al Tani arasında təkbətək və heyətlərarası görüş olub.

Qətər ilə Türkiyə Respublikası arasında Yüksək Strateji Komitəsinin altıncı iclası keçirilib.

Sonra Türkiyə ilə Qətər arasında ayrı-ayrı sahələrə dair əməkdaşlığı əhatə edən on sənəd imzalanıb.

Razılaşmaya əsasən Qətər Türkiyə iqtisadiyyatına 300 milyon ABŞ dolları məbləğində sərmayə yatıracaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.