Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb

27-11-2020, 06:08           
Türkiyədə son sutkada koronavirusdan 174 nəfər ölüb
Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 174 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 168 348 nəfər koronavirus testindən keçib, 6876 xəstənin COVID-19 testi pozitiv çıxıb, ümumilikdə isə simptomları müəyyən edilməyən xəstələrlə birlikdə 29 132 nəfər COVID şübhəlisi olaraq qeydiyyata alınıb. Ağır xəstə sayı dünənlə müqayisədə 70 nəfər artaraq 4711 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 474 606 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, onlardan 13 014 nəfəri ölüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru