Türkiyə MN: "Bütün imkanlarımızla Azərbaycanı haqlı mübarizəsində dəstəkləyəcəyik"

29-11-2020, 22:20           
Türkiyə MN:
Noyabrın 11-də Türkiyənin Milli Müdafiə naziri Hulusi Akarla rusiyalı həmkarı Sergey Şoyqu arasında Qarabağda monitorinq üzrə mərkəzin yaradılması haqqında imzalanmış memoranduma uyğun olaraq iki ölkə arasında əlaqələr davam edir.

“Anadolu” agentliyi xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin nümayəndəsi Pınar Karanın bəyanatında deyilir.

Nazirliyin nümayəndəsi qeyd edib ki, Azərbaycan Ordusu sentyabrın 27-də başladığı əks-hücum əməliyyatı çərçivəsində Cəbrayıl, Fizuli, Zəngilan və Qubadlı rayonlarını, kənd və qəsəbələri, strateji yüksəklikləri azad edib. Noyabrın 10-da nail olunmuş üçtərəfli razılıq çərçivəsində digər 2 rayon Azərbaycana qaytarılıb.

Azərbaycan Ordusu noyabrın 25-dən Kəlbəcəri minalardan təmizləyir. Dekabrın 1-dən işğal altındakı Laçın rayonu da Azərbaycana qaytarılacaq.

Kara vurğulayıb ki, Türkiyə bütün imkanları ilə Azərbaycanı onun haqlı mübarizəsində dəstəkləməyə davam edəcək/Report.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru