Ərdoğan: “COVID-19 əleyhinə ilk mərhələdə 50 milyon peyvənd gətiriləcək”

1-12-2020, 02:59           
Ərdoğan: “COVID-19 əleyhinə ilk mərhələdə 50 milyon peyvənd gətiriləcək”
Türkiyədə yeni növ koronavirusla (COVID-19) mübarizə ilə əlaqədar tətbiq olunan peyvəndlər pulsuz olacaq.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nazirlərlə birgə keçirilən kabinet toplantısından sonra verdiyi açıqlamasında bildirib.

Prezident deyib ki, ilk mərhələdə 50 milyonluq peyvəndin ölkəyə gətirilməsi üçün razılaşma əldə olunub.

R.T.Ərdoğan gələn aydan ilk olaraq səhiyyə işçilərinə COVID-19 əleyhinə peyvəndlərin tətbiq olunacağını deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru