Bu, gərginliyi kimin artırdığını göstərir - Türk admiral

1-12-2020, 07:28           
Bu, gərginliyi kimin artırdığını göstərir - Türk admiral
Dənizlərdə rəqibləri çəkindirəcək tədbirlər görməliyik.

Axar.az xəbər verir ki, bu sözləri türkiyəli ehtiyatda olan admiral Can Ərənoğlu 5 ölkənin iştirakı ilə Misirin İsgəndəriyyə şəhərindən başlayacaq hərbi təlimə münasibət bildirərkən deyib.

"Bu təlim gərginliyi artıran, sülh və dialoqdan qaçan tərəfləri bir daha göstərdi", - C.Ərənoğlu söyləyib.

Qeyd edək ki, Yunanıstan, Kipr, Fransa, Misir və Birləşmiş Ərəb Əmirliklərinin dəniz qüvvələri Türkiyə ilə yaşanan gərginlikdən sonra Aralıq dənizinin şərqində "Meduza" adı altında ortaq hərbi təlimlərə başlayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru