Türkiyə İsrail ilə münasibətləri normallaşdırır

1-12-2020, 18:51           
Türkiyə İsrail ilə münasibətləri normallaşdırır
Türkiyə İsrail ilə münasibətləri düzəltmək üçün bir müddət öncə kəşfiyyat orqanlarını işə salıb.

“Report” xəbər verir ki, bu barədə məlumatı “Al Monitor” yayıb.

Nəşr qeyd edib ki, Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan israilli rəsmilərlə münasibətləri normallaşdırmaq üçün gizli görüşlər keçirib.

Xatırladaq ki, Türkiyə 2010-cu ildə İsrailin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumundan sonra Təl-Əvivdəki səfirini geri çağırıb. 2016-cı ildə rəsmi Ankara İsrailə yenidən səfir təyin edib. Lakin İsrailin Qəzza bölgəsinə davamlı hücumları və ABŞ-ın səfirliyi Təl-Əvivdən Qüdsə köçürmə qərarından sonra 2018-ci ilin may ayında Türkiyə və İsrail qarşılıqlı olaraq səfirlərini geri çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru