Ərdoğan Ruhani ilə Qarabağla bağlı müzakirə aparıb: "Region yeni bir mərhələyə qədəm qoyub"

4-12-2020, 00:02           
Ərdoğan Ruhani ilə Qarabağla bağlı müzakirə aparıb:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani Putin arasında telefon danışığı olub.

Bu barədə Türkiyə Prezident Adminstrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, hər iki ölkənin lideri həm Türkiyə-İran əlaqələri, həm də regional məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.

Ərdoğan terror nəticəsində qətlə yetirilən İranlı alim Möhsün Fəxrizadənin ölümündən təəssüfləndiyini və İran xalqına, eləcə də mərhumun ailəsinə başsağlığını ifadə edib.

Telefon söhbətində Ərdoğan Qarabağ məsələsinə də toxunaraq deyib ki, region yeni bir mərhələyə qədəm qoyub: “Bu mərhələdə Azərbaycanın ərazi bütövlüyü və iqtidarına kölgə sala biləcək hər cür vasitələrdən kənar durmaq vacibdir. Regionda daimi sülh və sabitlik üçün yeni fürsət pəncərələri açılmaqdadır, bu fürsət Ermənistan daxil, bütün region ölkələri üçün əlverişli olacaq”/APA.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru