Türkyə Ermənistanla münasibətlərin normallaşacağına ümid edir - Qarabağ üzrə sazişdən sonra

4-12-2020, 00:21           
Türkyə Ermənistanla münasibətlərin normallaşacağına ümid edir - Qarabağ üzrə sazişdən sonra
Dağlıq Qarabağ üzrə əldə olunmuş razılaşma Türkiyə və Ermənistan arasında münasibətlərə müsbət təsir göstərə bilər. Belə bəyanatla Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu ATƏT Xarici İşlər Nazirləri Şurasının videokonfrans rejimində keçirilən 27-ci iclasında çıxış edib.

Xəbəri dekabrın 3-də «Anadolu» dövlət informasiya agentliyi yayıb.

Nazirin sözlərinə görə, Qarabağ üzrə Rusiya, Azərbaycan və Ermənistan üçtərəfli sazişi «otuz illik münaqişədən sonra sülhə nail olmaq üçün real imkandır».

«Saziş birmənalı olaraq, bölgəsel sabitliyə və həm də Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan münasibətlərinə pozitiv təsir göstərəcək» - Çavuşoğlu əmin olduğunu bildirib.

Xatırladaq ki, 1991-ci il dekabrın 24-də Türkiyə Ermənistan Respublikasını rəsmi tanıyıb, amma hələ də onunla diplomatk münasibətlər qurmaqdan imtina edir. 1993-cü ildə, birinci Qarabağ Müharibəsinin qızğın çağında Aərbaycana dəstək olaraq, Türkiyə birtərəfli qaydada Ermənistanla quru və hava sərhədlərini bağlayıb. Beynəlxalq ictimaiyyətin təzyiqi altında hava sərhədi 1995-ci ildə açılıb. Quru sərhədlərin açılması və diplomatik münasibətlərin qurulması üçün Ankara İrəvana qarşı bir sıra şərtlər irəli sürüb.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru