Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanıldı

6-12-2020, 11:16           
Türkiyədə rusiyalı jurnalistlərlə birlikdə Aytac Carçıyeva da saxlanıldı
Türkiyədə Rusiyanın NTV kanalının “Mərkəzi Televiziya” verilişinin əməkdaşlarının saxlanması zamanı onlarla birlikdə Türkiyə vətəndaşı, azərbaycanlı jurnalist Aytac Carçıyeva da olub.

Teref.az xəbər verir ki, bu barədə NTV telekanalında məlumat verilib.

Qeyd olunur ki, Aytac Carçıyevanın taleyi ilə bağlı da xəbər yoxdur. Saxlanmasından sonra onun evində axtarış aparılıb və komputeri götürülüb.

Bildirilir ki, dekabrın 3-də müxbir Aleksey Petruşko və operator İvan Malışkin İstanbulda polis tərəfindən nəzarətə alındıqları barədə redaksiyaya xəbər veriblər. /Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru