Özünü polis kimi təqdim edən oğru 150 minlik qızıl apardı

6-12-2020, 18:05           
Özünü polis kimi təqdim edən oğru 150 minlik qızıl apardı
Türkiyənin Aydın vilayətində qəribə fırıldaqçılıq hadisəsi baş verib.

Cebhe.info xəbər verir ki, vilayətin Quşadası bölgəsində naməlum şəxs 70 yaşlı Saliha Demiroğlunun 150 min TL dəyərindəki qızıllarını aldadaraq əlindən alıb. İzmir zəlzələsindən sonra yay evinə köçmüş Saliha Demiroğlunu aldadan şəxs özünü polis kimi təqdim edib.

Qadının dediyinə görə, qapını döyən şəxs “FETÖ əməliyyatı olacaq. Evinizə dinləyici yerləşdiriblər. Qızıllarınızı gətirin, sayaq, yoxsa övladlarınızı həbs edəcəyik” deyərək onu aldadıb.

Təlaşa düşən qadın qızılları gətirərək “polis”ə təqdim edib. Hazırda Quşadası Polis İdarəsi qadını soyan "polis"in axtarışlarını davam etdirir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru