Türkiyədə bu gün COVID-19-dan 203 nəfər ölüb – Səhiyyə naziri

8-12-2020, 00:01           
Türkiyədə bu gün COVID-19-dan 203 nəfər ölüb –
Türkiyədə yeni növ koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb, son sutka ərzində 203 nəfər ölüb.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir qeyd edib ki, son 24 saatda 196 902 nəfər koronavirus testindən keçib, 6420 xəstənin testi pozitiv çıxıb, ümumilikdə isə simptomları da müəyyən edilməyənlərlə birlikdə 32 137 nəfər COVID-19 xəstəsi olaraq qeydiyyata alınıb.

Ağır xəstə sayı dünənlə müqayisədə 819 nəfər artaraq 5836 olub.

Qeyd edək ki, Türkiyədə indiyədək 545 711 nəfər COVID-19 infeksiyasına yoluxub, onlardan 15 103 nəfəri ölüb. (apa)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru