Türkiyə XİN-dən heyət üzvlərindən biri azərbaycanlı olan gəminin girov götürülməsi barədə açıqlama

9-12-2020, 00:18           
Türkiyə XİN-dən heyət üzvlərindən biri azərbaycanlı olan gəminin girov götürülməsi barədə açıqlama
Türkiyənin Xarici İşlər Nazirliyi Liviyada girov götürülən gəmi ilə bağlı açıqlama verib.

Bu barədə “Haber Global” məlumat yayıb.

“Bir Türkiyə şirkətinin idarəetməsində olan, türkiyəli heyət üzvlərinin də olduğu Yamayka bayraqlı “Mabrooka” adlı gəminin Liviyanın Marsa Susa şəhəri sahillərində qanunsuz fəaliyyət göstərən Liviya Milli Ordusunun başçısı Xəlifə Haftarın qüvvələri tərəfindən dayandırıldığı, gəmiyə cərimə kəsildiyi və gəminin heyət üzvləri ilə birlikdə zorla saxlanıldığı öyrənilmişdir.

Bu addımı şiddətlə qınayırıq. Gəminin planlaşdırılmış səfərinə yenidən başlamasının təmin edəcək addımlar dərhal atılmalıdır”, - deyə Türkiyə XİN-dən bildirilib.

Qeyd edək ki, təyinat nöqtəsi Misrata şəhəri olan gəminin heyət üzvlərindən biri azərbaycanlıdır. Ondan başqa gəmidə doqquz türkiyəli və yeddi hindistanlı var.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru