Mövlud Çavuşoğlu PSJ - "Başakşehir" matçındakı irqçiliyi qınadı

9-12-2020, 02:47           
Mövlud Çavuşoğlu PSJ - "Başakşehir" matçındakı irqçiliyi qınadı
Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu sosial şəbəkədəki hesabında UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda baş tutan PSJ (Fransa) - "Başakşehir" (Türkiyə) matçı ilə bağlı fikirlərini bölüşüb.

"Report" xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri irqçiliyi pisləyib.

"Başakşehir" futbol klubunun irqçilik əleyhinə - insanlıq əleyhinə cinayətə qarşı alicənab duruşunu dəstəkləyirik. Rasizmə yox!", - deyə nazir feysbukdakı hesabında yazıb.

Qeyd edək ki, bir qədər əvvəl UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI turunda Fransada PSJ ilə Türkiyənin "Başakşehir" klubu arasındakı qarşılaşmanın 14-cü dəqiqəsində qalmaqal yaranıb. Buna oyunun 4-cü hakimi Sebastian Koltseskunun qonaq komandanın köməkçi məşqçisi Pyer Veboya qarşı irqçi ifadələr işlətməsi səbəb olub. Buna baxmayaraq, matçın baş hakimi Ovidiu Hatseqan 38 yaşlı mütəxəssisə qırmızı vərəqə göstərərək, onu texniki zonadan qovub. Bundan sonra İstanbul təmsilçisi meydanı tərk edib. Qarşılaşma az sonra qaldığı yerdən davam etdiriləcək.

Görüşün 4-cü hakimi Sebastian Koltsesku meydana çıxmayacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.