İstanbul Əmniyyət Müdirliyinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları İŞİD terror təşkilatı ilə əməkdaşlıq edən şəxsləri ələ keçiriblər.
Publika.az "Haber Türk"ə istinadla xəbər verir ki, ümumilikdə 11 rayonda müəyyən edilən 22 ünvanda rellaşdırılan əməliyyatlar zamanı şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil veriliblər.